Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-30 09:40:50
UNEC ilə Hesablama Palatasının uğurlu əməkdaşlığı...

Azərbaycan Respub­li­ka­sının Hesablama Palatası, UNEC və Gürcüstan Dövlət Audit İnstitutu arasındakı üçtərəfli əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən “Dövlət sahəsində audit” layihəsi uğurla tamamlanıb.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bu məqsədlə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də palatada əmək fəaliyyətə cəlb olunan UNEC-in Maliyyə və Mühasibat fakültəsinin məzunları və onların valideynlərinin iştirakı ilə universitetdə tədbir keçirilib.

 

Tədbirdə çıxış edən rektor professor Ədalət Muradov Hesablama Palatasının təşəbbüsü ilə həyata keçirilən layihənin əhəmiyyətindən danışıb. Uğurla tamamlanan layihənin ölkəmizdə müasir tələblərə cavab verən mütəxəssis hazırlığı istiqamətində dövlət orqanı ilə universitetin ilk yeni və uğurlu əməkdaşlıq forması olduğunu deyib.

 

Palata sədri Vüqar Gülməmmədov uğurlu əməkdaşılığın nəticəsi olaraq, Maliyyə və Müha­si­bat fakültəsinin imtahanlarda ən yüksək nəticə göstərmiş 13 nəfər məzununun Hesablama Palata­sında müxtəlif sektorlar üzrə əmək fəaliyyətinə cəlb olunduğunu deyib. Bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

 

Sonra Vüqar Gülməmmədov layihədə ən yüksək nəticə göstərmiş 13 UNEC məzunu ilə əmək müqaviləsi imzalayıb.

 

UNEC-in rektoru və palatanın sədri məzunları təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Sonda məzunlar və valideynlər palatanın və universitetin rəhbərliyinə onlar üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.