Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-19 17:48:00
ADU- da tələbələr üçün hansı pulsuz xidmətlər var?

Bəzi universitetlərdə tələbələrin yararlanması üçün müəyyən xidmətlər təşkil olunur. Bu xidmətlər pulsuz olmaqla yanaşı, tələbələrin təhsil həyatını asanlaşdırmaq üçün dəstək xarakteri daşıyır.

 

Bu yazımızda hansı universitetlərdə tələbələr üçün nə kimi pulsuz və ya faydalı xidmətlər olduğu haqqında məlumat veriləcək.

 

İlk məlumat Azərbaycan Dillər Universitetindən olacaq. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynova deyir ki, universitet rəhbərliyimizin təşəbbüsü ilə artıq bir neçə ildir ki, I kurs tələbələrinə əlverişli şərait yaradılıb:

 

“Bunu həmin tələbələr üçün şans adlandırmaq olar, çünki çoxları etiraf edər ki, bizlər tələbə olanda belə bir şansımız yox idi.

 

Universitet rəhbərimizin təşəbbüsü ilə tələbələr aldıqları kitabın qəbzini gətirib ödənişini geri alırlar. Bu həm dərslik, həm də bədii kitab ola bilər. Rektorumuz I kursdakı tələbələrdən daim soruşur ki, “Kimin özünəməxsus balaca da olsa kitabxanası var?”. Bu təşəbbüs sayəsində tələbələr gözəl vərdişlər qazanmış olur. Tələbə Həmkarlar İttifaqı Komitəsi Azad Həmkarlar İttifaqı komitəsinin təsis etdiyi ehtiyacı olan tələbələrə yemək talonları verir. Yemək talonunun biri 5(beş) manat dəyərindədir. Bu talonla tələbə bufetdə 5 (beş) manat dəyərində nə istəsə ala bilər”.