Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-17 17:11:00
Geyim qadağası: Tələbələr “Var” deyir, universitetlər təkzib edir...

Universitetlərdə tələbələrə geyimlə bağlı  məhdudiyyətlərin tətbiq olunması xəbərləri son zamanlar gündəmdədir.

 

Tələbələrin bir çoxu təhsil aldıqları universitetdə onlara geyim qadağasının tətbiq olunduğunu vurğulasa da, universitetlər bunu təkzib edir.

 

Məsələni aydınlaşdırmaq üçün AzEdu.az Təhsil Portalı olaraq bir sıra ali təhsil müəssisələrinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət Neft və Sənayə (ADNSU) univeristetinin  İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərov  bildirdi ki, universitetdə geyimlə bağlı qadağa yoxdur.

 

Bakı Slavyan Universitetinin (BSU) Mətbuat və informasiya mərkəzinin müdiri Zeynab Kazımova bildirib ki, universitetdə təhsilalanlar üçün geyimlə bağlı heç bir məhdudiyyət yoxdur.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova qeyd etdi ki, UNEC-də tələbələr üçün heç bir geyim qadağası tətbiq olunmur.

 

Azərbaycan Texniki Universitetinin (AzTu) mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, univeristetdə tələbələrə qarşı geyim qadağası mövcud deyil.

 

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Cavid Zeynallı məsələ ilə bağlı qeyd edib ki, ADU-da hər hansı geyim qadağası yoxdur.

 

Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova sorğumuzla bağlı bildirdi ki, universitetdə geyimlə bağlı heç bir qadağa yoxdur. Tələbələrin seçim azadlığı var.

 

Bakı Ali Neft Məktəbindən (BANM) aldığımız məlumata əsasən, ali təhsil ocaqlarında bununla bağlı heç bir məhdudiyyət və qadağa tətbiq olunmur.

 

Azərbaycan İlahiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri Ayşən Aslanova sorğumuza cavab olaraq qeyd etdi ki, İnstitutda heç bir geyim qadağası yoxdur.

 

Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev vurğulayıb ki, BMU-da geyimlə bağlı hər hansısa bir qadağa yoxdur.

 

Mingəçevir Dövlət Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisisi Qurban Qurbanzadə bildirib ki, Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrin geyimi ilə bağlı hər hansı bir məhdudiyyət tətbiq etmir. Ümumiyyətlə belə bir məsələ heç vaxt universitet rəhbərliyinin müzakirə mövzusu belə olmayıb.

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti sorğumuzu cavablandırmayıb.

 

Sifayə Abbas