Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-17 15:34:16
BMU-nun rektoru “AVT Logictics” MMC-də olub

Bakı Mühəndislik Universitetin (BMU) rektoru Yaqub Piriyev Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logictics” MMC-də olub.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, rektor “AVT Logictics” MMC-nin İdarə Heyətinin sədri Anar Adilzadə ilə görüşdə BMU ilə MMC arasında mövcud əməkdaşlığın əsas istiqamətlərinə toxunub. Bu əməkdaşlıq nəticəsində universitetin tələbələrinin təcrübə proqramlarında iştirak etdiyini, müasir logistik şirkətdə iş təcrübəsinə yiyələndiyini, həmçinin məzunların işlə təmin olunduğunu qeyd edən Yaqub Piriyev əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni əməli addımların atılmasının vacibliyini vurğulayıb.

 

“AVT Logictics” MMC-nin İdarə Heyətinin sədri Anar Adilzadə BMU ilə imzalanan əməkdaşlıq müqaviləsinə diqqət çəkib və əlaqələrin daha da gücləndirilməsində maraqlı olduqlarını bildirib.

 

Görüş zamanı verilən təkliflərin və müzakirə olunan məsələlərin daha operativ icrası üçün görüləcək işlər nəzərdən keçirilib.

 

Sonra “AVT Logictics” MMC-də gedən prosesləri yaxından izləmək üçün əraziyə baxış keçirilib. Burada şirkətə daxil olan anbarlar, onların fəaliyyət istiqamətləri, quruluşu və iş prinsipi barədə məlumat verilib. Eyni zamanda, soyuq anbarda (+4 və -18℃) əməliyyatlar, malların qəbulu və maşınlara yükləmə prosesləri izlənilib.