Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-17 13:44:49
 AzMİU-da modernist ictimai memarlıqla bağlı tədqiqat aparılır

ABŞ-dan olan mütəxəssis Linkoln Nemetz-Karlson “Fulbright” proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tədqiqat aparır.

 

AzMİU-dan AzEdu.az-a bildirilib ki, Memarlıq fakültəsinin nəzdində Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasına təhkim olunan tədqiqatçı 2023/2024-cü tədris ilində universitetin qonağı olacaq.

 

Linkoln Nemetz-Karlson hazırda “1970/1980-ci illərdə Azərbaycanda layihələndirilmiş və tikilmiş modernist ictimai memarlıq” mövzusunda tədqiqat işinə başlayıb. O, elmi-tədqiqat işində universitetin zəngin kitabxana fondundan və elektron resurslarından yararlanır. Bununla yanaşı, mütəxəssis Azərbaycan dilini də öyrənir.

 

Tədqiqatçı ölkəmizə gəldiyi ilk gündən Azərbaycanın tarixi məkanlarını gəzir, kafedranın əməkdaşları ilə birgə “Atəşgah məbədi”, Qala qoruğu, Qobustan dövlət qoruğu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yerləşən tarixi tikililərlə tanış olur.

 

Xatırladaq ki, bu tədris ilində “Fulbright” proqramı çərçivəsində AzMİU-ya ABŞ-dan 2 mütəxəssis gəlib. Onlar kafedranın müəllimləri və fakültənin tələbələri ilə ünsiyyətdə olur və memarlıq sahəsində ABŞ ali təhsil təcrübəsini, əldə etdikləri elmi yenilikləri bölüşürlər.