Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-13 09:32:00
Bağçalara gedən uşaqların sayı - STATİSTİKA

Təhsilin keyfiyyətinin artırılmasında məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) böyük rolu var. Hazırda bir çox valideyn övladlarını bağçaya yerləşdirmək üçün cəhdlər edərkən ciddi problemlə üzləşirlər. Hətta evinin yaxınlığında yerləşən uşaq bağçasına müraciət edənlər bu cavabla qarşılaşır: “Yaxın 2 il üçün yerimiz doludur. Boşuna gözləməyin”.

 

Maraqlıdır, bəs Azərbaycanda nə qədər dövlət bağçası fəaliyyət göstərir?

 

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, hazırda fəaliyyət göstərən 1644 bağçada 98988 uşaq qeydiyyatdadır.

 

 

“İcma əsaslı məktəbəqədər təhsil qruplarında 16478 nəfər 3-4 yaşlıq uşaqlardır. Ümumtəhsil məktəblərində məktəbəhazırlıq  qruplarına gedən 5 yaşlıların sayı isə 90015 nəfərdir”-deyə qurumdan əlavə olunub.

 

 

Qeyd edək ki, növbəti tədris ilində məktəbəqədər təhsilə 220 min uşağın cəlb olunması gözlənilir.