Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-12 09:09:00
Bu gün bağça müəllimi olmaq istəyənlər üçün qeydiyyat YEKUNLAŞIR

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi bu gün yekunlaşır.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın bu gün saat 11:00-dək www.miq.edu.az-a daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Qeyd edək ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.