Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-11 17:45:00
DİM-də işçi qruplarının iclasları keçirilib

Gündəlik məsələ “otk.az” onlayn test portalında keçiriləcək sınaq imtahanları üçün materialların müzakirəsinin davamı olub.

 
AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. 
 

İclaslarda buraxılış və qəbul imtahanlarının modellərinə uyğun sınaq imtahanları üçün hazırlanmış tapşırıqların müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.

 

Müzakirələr nəticəsində buraxılış və qəbul imtahanlarının modellərinə uyğun sınaq imtahanları üçün variantlar formalaşdırılıb.

 

İşçi qruplarının növbəti iclasları 18 oktyabr 2023-cü il tarixində olacaq.