Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-10 09:45:12
BMU-nun müəllim-tələbə heyəti forumda iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və Şəhərsalma kafedrasının müəllim-tələbə heyəti II Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA2) sessiyalarında iştirak edib.

 

AzEdu.az xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində təşkil olunan sessiyalara Azərbaycanla yanaşı, bir çox xarici ölkələrdən müxtəlif dövlət rəsmiləri, habelə mütəxəssis və ekspertlər qatılıb. “Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu altında  baş tutan müzakirələrdə xarici professorlar Yeji Qroxulski, Olqu Çalışkan, Rikardo Qarsiya Mira, Le-Yin Canq və digərləri mühazirələrlə çıxış ediblər.

 

Çıxışlarda “Bizim necə şəhərlərə ehtiyacımız var?”, “Yaradılmış mühitdə dəyərin formalaşdırılması üçün şəhər dizaynı”, “Davamlılığa keçid: təbiət şəhər həyatının keyfiyyətini dəstəkləyə bilərmi?” kimi fərqli mövzulara toxunulub.