Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-07 12:52:01
Tarixçi alim Bolqarıstanda keçirilən beynəlxalq konfransda çıxış edib

Məlum olduğu kimi, cari ildə Bakı Slavyan Universitetinin Bolqarıstanın Müqəddəs Klimen Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin 10 illiyi tamam olur.

 

Azedu.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib. 

Bununla əlaqədar olaraq, oktyabrın 6-da Sofiya Universitetində Klassik və yeni filologiya fakültəsi, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, həmçinin Türkologiya və altayşünaslıq kafedrası tərəfindən “Azərbaycan Avropa və Asiyanın kəsişməsində” mövzusunda beynəlxalq konfrans keçirilir.

 

Konfransda AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri, A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Zemfira Hacıyeva da iştirak edir. Tarixçi alim konfransda “Şəki – Ossika. Qafqaz Albaniyasının Antik şəhəri” mövzusunda məruzə və təqdimatla çıxış edib. Azərbaycanlı alimin məruzəsi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və suallar cavablandırılıb.

 

Qeyd edək ki, konfrans öz işini oktyabrın 7-də başa vuracaq.