Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-07 11:41:42
Azərbaycanlı botaniklərin iki əsəri nüfuzlu kitabda nəşr olunub

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun alimlərinin iki elmi əsəri “Apple Academic Press” nəşriyyatında çapdan çıxmış irihəcmli “Ethnic Knowledge and Perspectives of Medicinal Plants” kitabında ayrıca fəsillər şəklində yer alıb.

 

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, kitabın elmi redaktorları tanınmış alimlər Münir Öztürk, Kandikre Ramaiah Sridhar, Maryam Sarvat, Volkan Altay, Fransisco Martin Huerta-Martinezdir.

 

Kitab əsasən Qarabağ bölgəsinin florasında yabanı dərman və qida bitkilərinin etnik istifadəsinə həsr edilmiş tədqiqatlardan bəhs edir.

 

Nəşrin “Traditional Herbal Treatments in Karabakh-Azerbaijan” (I cild, 79-141 s.) adlı fəsli professor Səyyarə İbadullayeva, biologiya üzrə fəlsəfə doktoru Aytən Əsgərova, Afiq Məmmədov, Əsmər Hüseynova və akademik İradə Hüseynovanın həmmüəllifliyi ilə, “Nutritional Herbs from Karabakh, Azerbaijan” (II cild, 70-101) adlı fəsli isə professor Eldar Novruzov, biologiya elmləri doktoru Lətafət Mustafayeva, biologiya üzrə fəlsəfə doktoru Aydan Zeynalovanın həmmüəllifliyi ilə tərtib edilib.