Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-27 12:47:17
UNEC kollektivi şəhid tələbə və məzunlarının məzarlarını ziyarət edib

27 Sentyabr - Anım Günündə UNEC-in kollektivi Vətən uğrunda canlarını fəda edərək, şəhidlik zirvəsinə ucalmış məzun və tələbələrin məzarlarını ziyarət ediblər, onların ailələrinə baş çəkiblər.

 

Azedu.az xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti Bakı şəhəri, II Fəxri Xiyabanda şəhid Əsəd Əsədlinin, Ülvi Hacıyevin, Mixail Həmidovun və Teymur Məcidzadənin məzarı önünə əklil və gül dəstələri düzərək, onların əziz xatirələrini dərin ehtiramla yad ediblər.

 

Bakı, Abşeron, Sumqayıt, Ağdaş, Sabirabad, İsmayıllı, Qəbələ Biləsuvar, Qax, Ağstafa, Gədəbəyə ezam olunan fakültə və struktur rəhbərləri, tələbə təşkilatlarının sədrləri, müəllim və tələbələr Suraxanı rayonu, Dədə Qorqud  məzarlığındakı Şəhidlər Xiyabanında Mürsəl Kazımlının, Biləcəri Şəhidlər Xiyabanında Teymur Zeynalovun, Saray məzarlığında Vidadi Zalovun, Lökbatan Şəhidlər Xiyabanında Məzdək Eyvazlının, Əhmədli məzarlığında Eldar Əliyevin, Suraxanı rayonu Qaraçuxur məzarlığında Tural Dadaşovun, Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında Rüfət Əsgərovun, Qəbələ rayonunda Məhəmməd Qarayevin, Sabirabad rayonunun Qalağayın kəndində Süleyman Qarayevin, İsmayıllı rayonunda Aqil Mirzəliyevin, Yevlax rayonunun Xaldan kəndində Bəhruz Məmmədovun, Qax rayonunun Almalı kəndində Anar Qarayevin, Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsində Böyükağa Şahverdiyevin, Ağdaşın Qarağan Sədi kəndində Naib Namətovun, Gədəbəyin Qoşabulaq kəndində Nofəl Quluyevin, Ağstafanın Dağ Kəsəmən kəndində Hikmət Şıxməmmədovun, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında Hüseyn Muradovun, Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında Əli Ələkbərovun, Pirşağı kənd məzarlığında Mahir Mirzəyevin, Sumqayıt şəhəri Şəhidlər Xiyabanında İşax Verdiyev, Əbil Cəbizadə, Fərhad Fərhadlının, Buzovna Şəhidlər Xiyabanında Ağaəmi Heybətovun, Kürdəxanı məzarlığında Əhmədağa İskəndərovun məzarlarını ziyarət ediblər.

Anım Günü münasibətilə UNEC-in 47 şəhid məzun və tələbəsinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksi də ziyarət olunub. Abidə kompleksinin önünə əklil qoyularaq, şəhidlərin əziz xatirəsi anılıb.

Allah bütün şəhidlərə rəhmət eləsin!