Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-27 10:57:17
Anım Gününə həsr olunan inşa müsabiqəsi keçirilib

Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən Anım Gününə həsr olunan inşa müsabiqəsi keçirilib.

 

ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva tədbirin 27 sentyabr - Anım Gününə həsr olunduğunu diqqətə çatdıraraq, müsabiqədə iştirak edən tələbələrə uğurlar arzulayıb.

 

 AzEdu.az  xəbər verir ki, UNEC bütün fakültələrinin təmsil olunduğu müsabiqədə 25 tələbə iştirak edib.“Şəhidlər ölməz, Vətən bölünməz” mövzusundakı müsabiqəyə təqdim olunan inşalar dosent Gülnarə Rzayeva, dosent Mətanət Əmrahova, baş müəllim Cəmilə Həsənovanın təmsil olunduğu komissiya tərəfindən dəyərləndirdikdən sonra qaliblər müəyyən olunub.

 

Münsiflər heyətinin qərarı ilə inşa müsabiqəsi üzrə I yeri Biznes və menecment fakültəsinin 908-ci qrup tələbəsi Kazımov Vüsal, II yeri Biznes və menecment fakültəsinin 516-cı qrup tələbəsi Ağayeva Nübar; III yeri İqtisadiyyat və idarəetmə fakültəsinin 203-cü qrup tələbəsi Mirzəyeva Nuray qazanıb.

 

Sonda müsabiqə iştirakçılarına sertifikatlar təqdim olunub.