Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-19 17:31:31
Bağça müdirliyinə qəbulun nəticələri AÇIQLANIB
Müdir vəzifəsinə işə qəbulun test imtahanlarının nəticələri şəxsi səhifələrə göndərilib.
 
 
Bu barədə Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən AzEdu.az-a məlumat verilib.
 
 
Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
 
 
Qeyd edək ki, test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılır.