Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-13 10:00:43
Bakıda 14 yaşlı məktəbli qız qaçırılıb

Bakıda 14 yaşlı qız qaçırılıb.

 

AzEdu.az xəbər verir ki, Mirvari Tofiq qızı Eminova Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan övladı - 2009-cu il təvəllüdlü qızı M.N.-in yaşadıqları evdən naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmayaraq itkin düşdüyünü bildirib.

 

Qız 43-cü PB-nin əməkdaşları ilə telefon vasitəsilə əlaqə saxlayaraq adını bildirmədiyi şəxs tərəfindən evlənmək məqsədilə Masallı rayonuna aparıldığını bildirib.

 

Faktla bağlı Binəqədi RPİ-nin 43-cü PB-də araşdırma aparılır.