Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-13 09:34:25
Müəllimlər “Viveka Mentorship” proqramında iştirak edəcək

AzMİU-nun əməkdaşları İRİA-nın təşəbbüsü və "PASHA Holding" LLC-nin sponsorluğu ilə həyata keçirilən “Viveka Mentorship” proqramında iştirak etmək hüququ qazanıblar.

 

AzEdu.az xəbər verir ki, “Viveka Mentorship” proqramı çərçivəsində 20-dən çox mentor namizədi ilə ilk oflayn sessiyaları 5-6 sentyabr tarixlərində Azərbaycan-Fransız Universitetində keçirilib. 

 

Mentorluq proqramına Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Tibb Universiteti və Milli Aviasiya Akademiyasından olan namizədlər seçilib. Sessiya zamanı iştirakçılar həm yerli, həm də qlobal miqyasda sahibkarlıq ekosisteminin əsasını təşkil edən prinsiplər haqqında təlimlərdə iştirak ediblər. 

 

AzMİU-nu bu təlimdə Nəsibə Əmirbəyova, Günel İmamquliyeva, Pərvin Quliyeva və Şəhla Əlizadə təmsil edirlər.

 

Qeyd edək ki, “Viveka” şirkəti tərəfindən proqramın oflayn sessiyaları yekunlaşıb, onlayn sessiyalara isə növbəti həftədən start veriləcək.