Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-11 15:57:21
UNEC - in yeni tələbələri üçün Oriyentasiya günü keçiriləcək

UNEC-ə yeni qəbul olan tələbələr üçün sentyabrın 15-də Oriyentasiya günü təşkil olunacaq.

 

AzEdu.az xəbər verir ki, oriyentasiya günündə tələbələrə UNEC barədə təqdimatlar keçiriləcək, eyni zamanda tədris prosesi, imtahanların təşkili, beynəlxalq mübadilə və ikili diplom proqramları, xüsusi təqaüd imkanları, kitabxanadan istifadə qaydaları, tələbə təşkilatları, İdman Klubu, Yaradıcılıq Mərkəzi və s. barədə məlumatlar veriləcək.

 

UNEC-in bütün tədris binalarında təşkil olunacaq Oriyentasiya günündə dekanlıqların əməkdaşları, müəllimlər, tyutorlar, tələbə təşkilatlarının fəal üzvləri, tələbə könüllülər birinci kurslara universitetlə tanışlıqda dəstək olacaqlar.

 

Oriyentasiya günü 15 sentyabr, saat 11:00-dan 15:00-dək təşkil olunacaq.

 

QEYD: Universitetə giriş üçün şəxsiyyət vəsiqəsi tələb olunur.

 

Oriyentasiya günündə yeni tələbələrlə yanaşı, onların valideynləri də iştirak edə bilər.