Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-10 16:23:50
ADNSU-da MÜHÜM MÜZAKİRƏ...

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun yeni tədris ilinə hazırlıqla bağlı ADNSU-nun professor və müəllimləri ilə görüşü olub.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.

 

Görüşdə V.Əskərov ADNSU-da təhsilin inkişafı, müasirləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, qarşıda duran məsələlərdən danışıb, bu il universitetə rekord sayda tələbə qəbul olunduğunu bildirib.

 

Sonra yeni tədris ilinə hazırlıqla bağlı müzakirələr aparılıb.