Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-10 10:08:00
AzTu - nun əməkdaşı Fransada...

Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+KA2” proqramı çərçivəsində həyata keçirilən (618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP) “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində beynəlxalq koordinasiya şurasının görüşü keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüş layihənin koordinatoru Yunanıstanın Qərbi Attika Universitetinin təşkilatçılığı və Fransanın Cote d'Azur Universitetinin ev sahibliyi ilə təşkil olunub. 

 

Görüşdə layihənin Avropa, həmçinin Qazaxıstan və Azərbaycandan olan tərəfdaşlarının nümayəndələri də iştirak ediblər.

 

Səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) layihənin koordinatoru professor Həsən Hüseynov təmsil edib.

 

Görüş zamanı layihə çərçivəsində reallaşdırılan fəaliyyətlərin tapşırıqlara uyğunluğu və Qazaxıstan universitetlərinə göstərilən pedaqoji və metodoloji dəstək üzrə müzakirələr aparılıb, həmçinin Azərbaycandan və Qazaxıstandan olan universitetlərin fəaliyyətinə dair təqdimatlar keçirilib.

 

Nümayəndələr qarşıda icrası gözlənilən tapşırıqları müzakirə edərək beynəlxalq koordinasiya şurasının növbəti görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı razılığa gəliblər.