Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-30 13:15:00
Peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatır

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər üçün sənəd qəbulu bu gün saat 17:00-da başa çatacaq.

 

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qəbulun birinci mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində bu gün saat 17:00-dək qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.