Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-26 11:37:39
Yeniyetməni öldürən idmançının hökmü qüvvədə qaldı

Şağan Olimpiya İdman Kompleksində qətl törətməkdə təqsirləndirilən Ruslan Səfixanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya məhkəməsində keçirilən iclasda hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.

 

Qərara əsasən, Ruslan Səfixanov barəsində birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfixanov 19 il müddətinə azadlıqdan məhrum olunub.

 

Qeyd edək ki, hadisə ötən ilin noyabrında cüdo turnirində baş verib. Tərəflərin mübahisəsinə Turan Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan bunu Turana irad tutub və tərəflər mübahisə ediblər. Mübahisə zamanı Sumqayıt şəhər sakini Ruslan Səfixanov Turan Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.

 

Hər iki şəxs idmançı olub.