Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-25 16:17:10
AzTU əməkdaşları İsveçdə... 

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxlaq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Farqanə Musayeva “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində İsveçə səfər edib.

 

AzEdu.az xəbər verir ki, səfərin məqsədi ali təhsil müəssisələrində universitet-sənaye işbirliyinin gücləndirilməsi, innovasiya və sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi sahəsində İsveç təcrübəsinin öyrənilməsindən ibarətdir.

 

Səfər çərçivəsində innovasiya və sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması, universitet-sənaye əməkdaşlığının formalaşdırılması, sahibkarlıq və innovasiya məzmunlu təhsilin təşkili, İsveç İnnovasiyalar Agentliyinin fəaliyyəti, İsveç Strateji İnnovasiya Proqramı, innovasiyanın və onun təsirlərinin artırılması üzrə beynəlxalq layihələr və digər mövzularda seminarların təşkili, həmçinin qarşılıqlı fikir mübadilələrinin aparılması nəzərdə tutulub.

 

Tədbirə layihənin Avropa tərəfdaşı İsveçin Kral Texnologiya Universiteti ev sahibliyi edir.

 

Səfərdə Azərbaycanın 11 universitetindən rektorlar, prorektorlar, inzibati və akademik heyət üzvləri, eləcə də Polşanın WSG Universiteti (University of Economy in Bydgoszcz) əməkdaşları iştirak edirlər.

 

Qeyd edək ki, layihənin koordinatoru Mingəçevir Dövlət Universitetidir.