Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-24 15:14:34
BMU - nun tələbəsi beynəlxalq konfransda...

akı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində IV kursu İNHA-da İnşaat mühəndisliyi ixtisası üzrə təhsil alan Anar Rzayev “Avrasiyada Koreya ədəbiyyatının gələcəyini tapmaq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

 

AzEdu.az xəbər verir ki, 18-19 avqust tarixlərində Seul Milli Universitetinin Doosan Humanitar Zalında Seul Milli Universitetinin Koreya Ədəbiyyatı Departamenti və Koreya Dili və Ədəbiyyatı İnstitutunun təşkilatçılığı və Koreyanın Milli Tədqiqat Fondunun sponsorluğu ilə keçirilən konfransda Monqolustan, Türkiyə, Rusiya, Çin və başqa ölkələrdən olan alim və yazıçılar Avrasiyanın tarixi, coğrafiyası və mədəni aspektləri, xarici ölkələr ilə Koreya arasındakı münasibətlər ilə bağlı təqdimatlarla  çıxış edib. BMU tələbəsi konfransda aktiv iştirak edərək, tanınmış alimlərlə təmaslar qurub.

 

Qeyd edək ki, BMU-İNHA İDP çərçivəsində IV kursu- sonuncu tədris ilini İNHA Universitetində keçirmək üçün 61 tələbə bir il müddətində Koreya Respublikasının İnçon şəhərindədir.

 

Tədrisi 3+1 modeli əsasında qurulan proqramın şərtlərinə əsasən, tələbələr bakalavriat səviyyəsində İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə 3 akademik ili BMU-da, 1 akademik ili - sonuncu kursu isə İNHA Universitetində təhsil almalıdırlar. Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri də  “2019-2023-cü illər Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən qarşılanır.