Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-24 10:17:04
Təlimə Dəstək Mərkəzinə işə qəbul üzrə müsabiqə...

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzində (TDM) çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqə elan edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

 

Müsabiqədə pedaqoji ali təhsili, 7 il pedaqoji iş təcrübəsi olan, təhsilin təşkili və idarəolunması üzrə yerli və beynəlxalq sertifikatları, eləcə də effektiv şifahi və yazılı kommunikasiya səriştəsinə malik, diaqnostik qiymətləndirmə və sertifikasiya balı 80 faizdən yuxarı, “Microsoft Office” proqramları və internet resurslarından istifadə, təqdimat və təlimçilik bacarığı olan şəxslər qatıla bilərlər.

 

Azərbaycan dili, riyaziyyat, ingilis dili, ibtidai sinif, fizika, kimya və psixoloq ixtisasları üzrə metodist (mentor) kimi çalışmaq arzusunda olan şəxslər müsabiqəyə müraciət edə bilərlər. Müsabiqə üç mərhələdən ibarətdir.

 

Qeyd edək ki, müvafiq tələblərə uyğun gələn namizədlər şəxsi məlumatlarını (CV) 8 sentyabr 2023-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.