Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-23 18:40:10
Şuşa, Laçın və Füzulidə 4 məktəb açılacaq - SİYAHI

İşgaldan azad edilmiş ərazilərdə yeni tədris ilində dörd məktəb açılacaq.

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bunlardan biri Füzuli şəhər 1 nömrəli tam orta məktəbidir. Burada 349 şagird təhsil alacaq.

 

Şuşa şəhəri 1 nömrəli tam orta məktəb də yeni tədris ilində fəaliyyətə başlayacaq. Bu təhsil ocağında 314 məktəbli oxuyacaq.

 

Laçında isə iki məktəbin açılması nəzərdə tutulub - Laçın şəhər 2 nömrəli tam orta məktəb və Laçın şəhəri Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi.


2 nömrəli məktəbdə 227 şagird təhsil alacaq.

 

Zabux kənd məktəbində isə 147 şagird oxuyacaq.

 

Qeyd edək ki, Laçın rayonunun Sus kəndində məktəb tikintisinə başlanılıb.