Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-23 16:30:58
Bağça müdirliyinə qəbul:  300 nəfər iştirak edib
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başladı. 
 
 
AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. 
 
 
23 avqust tarixində ilk dəfə mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi təşkil olunub.
 
 
Müsabiqənin test imtahanı mərhələsində 300 namizəd iştirak etmişdir.
 
Nəzərinizə çatdırırıq ki, test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.