Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-23 16:27:58
Təhsil kreditində güzəştlər nəzərdə tutulub

Tələbələrə verilən təhsil kreditində bir sıra güzəştlər nəzərdə tutulub.

 

Təhsil Tələbə Krediti Fondundan AzEdu.az-a bildirilib ki, sosial növdə ümumi ortalama müvəffəqiyyət göstəricisi (ÜOMG) 71, standart növdə isə 91 bal və yuxarı olan tələbələrə həmin semestr üçün götürdüyü kreditə görə faiz hesablanmır.

 

Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbələr aldığı sosial tələbə təhsil kreditinin (TTK) 50 faizi, standart TTK-nın isə 25 faizi hissəsinin geri ödənişindən azad olunurlar.