Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-17 15:14:15
Azərbaycan Universitetində Abituriyent Məsləhət Mərkəzi iş başında...

Azərbaycan Universitetinin Abituriyent Məsləhət Mərkəzi abituriyent sıxlığını nəzərə alaraq 19 avqust (şənbə), 26 avqust (şənbə) və 27 avqust (bazar) günlərində də fəaliyyət göstərəcək. Müsabiqə şərtini ödəyən abituriyentlər, o cümlədən onlarla eyni vaxtda ixtisas seçimi edəcək subbakalavrlar elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqi üçün mərkəzə müraciət edə bilərlər. 2018-ci ildə yaradılan mərkəz altıncı ildir ki, tələbə qəbulu kampaniyasının bütün mərhələlərində saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında ödənişsiz əsaslarla fəaliyyət göstərir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Universitetindən məlumat verilib. 

 

Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları abituriyentlərə tələbə qəbulu prosesi, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında texniki dəstək və məsləhət xidməti göstərirlər.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin və subbakalavrların ixtisas seçimi 16-28 avqust tarixlərində Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu “Abituriyent” jurnalının 4-cü nömrəsində çap olunub.