Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-12 15:09:20
Olimpiadaya hazırlaşan şagirdlər üçün təlim...

İlyas Əfəndiyev adına Elitar gimnaziyada avqustun 1-dən 11-dək Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlıq düşərgəsi keçirilib.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, əvvəlki tədris ilində beynəlxalq olimpiadalarda uğur qazanmış və seçmələrdə yüksək nəticə göstərmiş şagirdlərin iştirak etdiyi düşərgədə onları Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlamaq üçün nəzərdə tutulmuş intensiv təlim proqramı təşkil olunub.

 

On gün ərzində şagirdlərə cəbr, həndəsə və ədədlər nəzəriyyəsi də daxil olmaqla geniş spektrli riyaziyyat mövzuları əvvəlki illərin olimpiada qalibləri tərəfindən tədris edilib. Təcrübəli riyaziyyat olimpiadaçılarının rəhbərliyi ilə tələbələr müsabiqədə uğur əldə etmək üçün lazım olan anlayışları və texnikaları mənimsəmələrinə kömək etmək üçün hazırlanmış mühazirələr, seminarlar və problem həlli sessiyalarında iştirak ediblər.