Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 11:35:39
 DİM sədri: "Yalnız oxuyacağınız ixtisasları qeyd edin”

“Bəzən valideynlər övladlarının istəmədikləri ixtisasları seçirlər”.

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin “Youtube” kanalında canlı yayım zamanı I və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” mövzusunda danışarkən bildirib.

 

O əlavə edib ki, bəzi valideynlər abituriyentlərin oxumaq istəmədikləri ixtisası qeyd edirlər:

 

"Daha sonra həmin ixtisasa qəbul olunurlar və gedib ali məktəbə sənəd vermirlər. Sadəcə olaraq istəyirlər ki, təki övladının adı çıxsın ki, ali məktəbə qəbul olunub. Bu, məsulliyyətsizlikdir. Ola bilsin ki, həmin ixtisas üzrə doğrudan da oxumaq istəyənlər var. Yenə də vurğulayıram ki, yalnız gedib oxuyacağınız ixtisasları qeyd edin”.