Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-10 12:31:58
Ekspert: “Kolleclərin bu ixtisaslarında keçid balları enib”  

 Xəbər verdiyimiz kimi, dünən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

 

Müsabiqədə iştirak edən şagirdlər bir neçə ixtisasın keçid balının artdığını iddia edirlər. Həmçinin kolleclərə qəbul olunan abituriyentləri gələcəkdə iş tapmamaq məsələsi də narahat edir.

 

Bəs sözügedən məsələlər nə dərəcədə əsaslıdır?

 

Açıklama yok.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib ki, kolleclərə qəbul üzrə bəzi ixtisaslarda bal qalxsa da, bəzilərində keçid balları aşağı düşüb:

 

“Məsələn Biznes və Kooperasiya universitetinin nəzdində olan kollecdə bir neçə ixtisas üzrə ballar enib. Bununla yanaşı, Bakı Xoreoqrafiya Kollecində də balların düşməsi müşahidə olunur. Məlum məsələdir ki, balların qalxması, müsabiqədə iştirak edən abituriyentlərin həmin ixtisasları kütləvi olaraq seçməsindən qaynaqlanır”.

 

Ekspert qeyd edib ki, kollec bitirənlərin iş tapmaqda çətinlik çəkməsi fikri ilə razı deyil:

 

“Məsələn, müəllimlik ixtisası üzrə təhsil alan istər universiteti, istərsə də kolleci bitirsin, onlar müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək, fəaliyyətə başlayacaqlar. Burada üstünlük əmək haqqı hesablanmasında ola bilər. Bu zaman ali məktəbi və kolleci bitirən şəxslərin maaşları arasında müvafiq fərqlər olur. Bununla yanaşı, müəyyən şirkət və dövlət qurumlarında işçilərin azaldılması prosesi keçirilərsə, burada əsas üstünlük universitet bitirənlərə verilir. Lakin az öncə də qeyd etdiyim kimi,  “kollecləri bitirənlərin işlə təmin olunması çətindir” deyə fikirlər yanlışdır. Yalnız o ola bilər ki, işə qəbul edən şirkətlər kollec yerinə universitet məzunlarına üstünlük versinlər”.

 

 

Purkeştasib qeyd edib ki, kollec məzunlarının üstünlüyü, məzun olduqdan sonra subbakalavr kimi universitetlərə ixtisas seçimində imtahansız iştirak edə bilmələrindədir:

 

 

“Son zaman müşahidə etdiyim nüanslardan biri odur ki, valideynlər övladlarını 9-cu sinifdən kolleclərə istiqamətlənməsinə üstünlük verirlər. Səbəb də odur ki, onların uşaqları zəif oxuyur. Onlar düşünür ki, övladları kolleci bitirdikdən sonra universitetə imtahansız qəbul olacaqlar.

 

Onlara demək istəyirəm ki, bütün universitetlər, müəyyən ixtisaslar üzrə subbakalavrlar üçün yer ayırmır. Bu səbəbdən, kolleclərə ixtisas seçimi edərkən, sözügedən sahə üzrə hansı ali təhsil müəssisəsi onlara yer ayırdığına diqqət etmək lazımdır”.