Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-07 17:05:30
BMU – İNHA İDP-yə onlayn müraciət davam edir

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramı (İDP) çərçivəsində bakalavriat səviyyəsində mühəndislik ixtisaslarına 2023-2024-cü tədris ili üzrə onlayn müraciət 9 avqust saat 23:55-də başa çatacaq. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

 

AzEdu.az xəbər verir ki, Proqramda Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplayan və Azərbaycan Respublikasının vətəndaşı olan abituriyentlər iştirak edə bilərlər. Universitetlərin birgə təşkil etdiyi müsabiqədən uğurla keçən abituriyentlər müvafiq ixtisaslar üzrə dövlət sifarişi əsasında təhsil ala biləcəklər. Əlavə olaraq, müraciətçilər İNHA Universiteti tərəfindən təşkil edilən fizika, riyaziyyat və ingilis dili üzrə yazılı imtahandan uğurla keçməlidirlər. 

 

2023-2024-cü tədris ili üçün keçid balı informasiya texnologiyaları üzrə 550, inşaat mühəndisliyi, elektronika mühəndisliyi və elektrik mühəndisliyi istiqamətləri üzrə 400 bal olaraq nəzərdə tutulub.

 

Qeyd edək ki, daxili imtahanın 12 avqust tarixində keçirilməsi, imtahan nəticələrinin isə 17 avqust tarixində elan edilməsi nəzərdə tutulur.

 

Ətraflı məlumatla elan vasitəsilə tanış olmaq mümkündür.