Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-07 13:02:10
Azərbaycanlı tələbə 41 min avroluq təqaüd QAZANDI
ADU Filologiya fakültəsinin məzunu 41.000 avro dəyərində təqaüd qazanaraq Erasmus Mundus proqramının qalibi olub.
 
 
Bu barədə  AzEdu.az-a universitetdən məlumat verilib.
 
 
Bildirilib ki, 2016-cı ildə ADU-nun Filologiya fakültəsinə 668 balla universitetə daxil olan Şəms Səfərəliyeva həmin ixtisasdan 95.5 ortalama və fərqlənmə diplomu ilə məzun olub. Daha sonra o, 2020-2022-ci illərdə “2019-2023 Dövlət Proqramı” çərçivəsində maliyyələşən ikili diplom proqramlarında Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil və İnsan Kapitalının inkişafı” üzrə magistratura proqramında təhsil alıb.
 
 
Şəms Səfərəliyeva eyni zamanda ABŞ-ın nüfuzlu universitetlərindən Roçester və Denver Universitetlərinə təqaüdlü doktorantura proqramlarına qəbul olub.
 
 
Təhsilini Erasmus Mundus Təqaüd proqramı çərçivəsində Avstriya, Finlandiya, Almaniya və Çində Ali təhsildə tədqiqat və innovasiya ixtisası üzrə davam etdirməyə qərar verib.