Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-06 10:37:26
UNEC-in kompleksində yay oxuları...

“Heydər Əliyev İli”nə həsr olunmuş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində həyata keçirilən yay oxuları Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Quba tədris, idman və istirahət kompleksində davam edir.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, yay günləri universitetin əməkdaşları və onların ailə üzvləri Quba tədris, idman və istirahət kompleksinin maraqlı və fərqli guşələrində kitabla birgə mədəni istirahət edirlər.

 

UNEC ailəsinin mədəni istirahətinin faydalı və səmərəli təşkilinə xidmət edən yay oxularında görkəmli alim, ixtiraçı Nikola Teslanın “İxtiralarım” və kimya üzrə Nobel mükafatçısı İlya Priqojinin “Müəyyənliyin sonu” adlı kitabları müzakirə edilib.

 

Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri professor Rövnəq Rzayev kitabların qısa məzmunundan və hər iki alimin bəşəriyyətə bəxş etdiyi ixtiraların əhəmiyyətindən danışıb.