Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-03 16:43:00
Lənkəran-Astara RTİ-də YENİ TƏYİNAT - DOSYE

Lənkəran-Astara Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub.

 

AzEdu.az xəbər verir ki, bu vəzifə Rəhim Rəhimova həvalə olunub.

 

Qeyd edək ki, Rəhimov Rəhim Rafiq oğlu O 1977-ci il 30 iyun tarixində Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. 
 
 
O, 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq ixtisası üzrə bakalavr səviyyəsini, 2004-cü ildə isə magistr səviyyəsini Sumqayıt Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı ixtisası üzrə bitirib. 
 
Əvvəl hazırda bağlanan “Araz” kurslarında yardımçı pedaqoji vəzifədə çalışıb.
 
R.Rəhimov qısa müddət sonra 2011-ci ildə Ucar rayon Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəbində direktor vəzifəsində işləyib. 
 
O, 7 iyul 2022-ci il tarixindən Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri vəzifəsində çalışıb. 
 
 
 
46 yaşı yenicə tamam olan R.Rəhimovun 4 yaşlı qız övladı var.