Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-01 08:53:54
AzTU-nun 5 illik institusional akkreditasiya şəhadətnaməsi təqdim edilib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova ilə görüşüb.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, rektor universitetin gələcək hədəfləri, həmçinin beynəlxalq akkreditasiya təşkilatları ilə əlaqələri haqqında məlumat verib. Bildirib ki, akkreditasiyanın keçirilməsi universitetlərin inkişafına xidmət edir.

 

TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova qeyd edib ki, təhsilin bütün səviyyələrində keyfiyyətin təminatı sisteminin beynəlxalq standartlara uyğun qurulması akkreditasiya prosesinin əsas məqsədlərindən biridir. Ülkər Səttarova AzTU-da akkreditasiya prosesinin uğurla tamamlandığını bildirib və universitetin rektoru Vilayət Vəliyevi bu münasibətlə təbrik edib.

 

Daha sonra Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə AzTU-nun 5 il müddətində institusional akkreditasiya olunduğu ilə bağlı şəhadətnamə rektor Vilayət Vəliyevə təqdim olunub.