Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-28 17:19:00
Təhsildə qrant müsabiqəsinin ümumi büdcəsi: 1 milyon

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin gücləndirilməsi və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Tədqiqat və İnnovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən baş məsləhətçi Vüsalə Əliyeva deyib.

 

“Müsabiqə hər il keçirilir və 2 kateqoriyası var: Ümumi təhsil və fərdi layihələr kateqoriyası. Müsabiqənin ümumi büdcəsi 1 milyon 9 min manat təşkil edir. Ümumi təhsil müəssisələri üzrə bir layihəyə icazə verilən maksimum 100 min manatdır. Fərdi layihələrdə isə bu büdcə 10 min manat təşkil edir”.


Vüsalə Əliyeva deyib ki, bu il VII qrant müsabiqəsinə 1407 müraciət qeydə alınıb.

 

“Bu il VII qrant müsabiqəsinə 1407 layihə təklifi daxil olub. Qeyd olunan göstərici müsabiqənin keçirildiyi 7 il ərzində əldə olunan ən yüksək rəqəmdir. Ötən illə müqayisədə təxminən 30% artım müşahidə olunur.

 

Bu həm müsabiqəyə marağın, həm də müəllimlərin öz təhsil icmalarında innovativ layihələrin həyata keçirilməsinə həvəsli olduqlarını göstərir”.