Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-25 12:30:25
Şagirdlərimiz İsveçrədən 4 medalla qayıtdılar

16-25 iyul tarixlərində İsveçrənin Sürix şəhərində təşkil edilən 55-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2023) məktəblilərimiz uğurla çıxış ediblər.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Bildirilib ki, 107 ölkə üzrə 321 şagirdin iştirak etdiyi beynəlxalq müsabiqədə 4 məktəbli ilə təmsil olunan komandamız 4 bürünc medal qazanıb.

Sözügedən yarışda Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin X sinif şagirdi Hacızadə Nihad, həmin liseyin XI sinif şagirdi Səttarlı Dəniz, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Şəfizadə Selcan və Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Xəlilov Həmid bürünc medala layiq görülüblər.


No description available.