Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-25 10:52:00
Qeyri-sabit hava iyulun 26-dək davam edəcək

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.

 

Bu barədə AzEdu.az-a Milli Hirometeorologiya Xidmətindən xəbər verilib.

 

Əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.