Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-23 13:27:06
DİM Naxçıvanda IV qrup üzrə qəbul imtahanı keçirib

İyulun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. Bu gün, həmçinin I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər informatika fənni üzrə imtahan veriblər.

 

AzEdu.az Reporta istinadənxəbərverirki, imtahanlar saat 10:00-da başlanıb.

 

Naxçıvan şəhərindəki 11 və Heydər Əliyev adına tam orta məktəblərdə təşkil olunan imtahanlar 32 zalda keçirilib. İmtahanların keçirilməsinə 5 imtahan rəhbəri və 39 nəzarətçi cəlb olunub, 371 abituriyent iştirak edib. İmtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.