Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 17:51:44
DİM 27 iyulda bu şəxslər üçün imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi ТРКИ (Тест по русскому языку как иностранному) imtahanına qeydiyyat elan edib.

AzEdu.az xəbər verir ki, imtahan 27 iyul 2023-cü il tarixində keçiriləcək.

İmtahana son qeydiyyat tarixi 25 iyul 2023-cü ildir.

Dövlət İmtahan Mərkəzi (DİM) SPDU ilə əməkdaşlıq çərçivəsində ТРКИ imtahanının aşağıdakı 6 (altı) səviyyə üzrə imtahan təşkil edir.

İbtidai səviyyə (ТЭУ / A1)

Əsas səviyyə (ТБУ / A2)

Birinci səviyyə (ТРКИ-I / B1)

İkinci sertifikat səviyyəsi (ТРКИ-II / B2)

Üçüncü sertifikat səviyyəsi (ТРКИ-III / C1)

Dördüncü sertifikat səviyyəsi (ТРКИ-IV / C2)

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.

İmtahan haqqında daha ətraflı məlumatla burdan tanış olmaq mümkündür.

Qeydiyyat: https://eservices.dim.gov.az/iexams/az/login.aspx