Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 15:04:00
İsrailin “AnD Ventures” şirkətinin rəhbəri AzTU-da olub

İsrailin “AnD Ventures” şirkətinin təsisçisi və rəhbəri Ariel Cohen Azərbaycan Texniki Universitetində (AzTU) olub. 

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

 

Rektor Vilayət Vəliyev qonağa AzTU-da innovasiya və startap ekosisteminin inkişaf etdirilməsi, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi istiqamətində son illər həyata keçirilən layihələr barədə danışıb.

 

Şirkət haqqında məlumat verən Ariel Cohen texnologiyaların inkişaf etdiyi müasir dövrdə startapların ilk olaraq universitetlərdə formalaşdığını deyib. O, rəhbərlik etdiyi şirkətin universitet startaplarına dəstək göstərilməsi sahəsindəki təcrübəsini də bölüşüb. Daha sonra startaplarla bağlı əməkdaşlıq imkanları müzakirə olunub.