Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 11:09:56
BMU-İNHA İDP ilə bağlı məlumat sessiyası keçiriləcək

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında ikili diplom proqramı barədə maarifləndirmə işləri davam etdirilir.

 

AzEdu.az xəbər verir ki, bu barədə universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

 

Bu istiqamətdə növbəti tədbir kimi 19 iyul 2023-cü il tarixində saat 15:00-da Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin "Dövlət Proqramları İdarəetmə Qrupu"nun (DPİQ) təşəbbüsü ilə onlayn məlumat sessiyası keçiriləcək.

 

BMU-nun rəsmi “Facebook” səhifəsi üzərindən canlı məlumat sessiyasında BMU-İNHA İDP-nin idarə edilməsi bölməsinin direktoru Humay Cəfərli, BMU-İNHA İDP üzrə layihə direktoru Yang Hyunjin "2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupunun layihə meneceri Aytən Şadlinskaya iştirak edəcəklər.

 

Sessiya zamanı proqram üzrə ali təhsilin bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üçün qəbulu həyata keçirilən ixtisaslar, qəbul balları, proqramın yaratdığı imkanlar və s. barədə ətraflı məlumat veriləcək, suallar cavablandırılacaq.