Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 16:37:25
Sertifikatlaşdırmada nəticə zəifdir! - “Universitetlərin də günahı var”

Hələ də bir sıra təhsil müəssisələrində illərdir, saxta diplomla fəaliyyət göstərən müəllimlər var. Ekspertlər və müəllimlərin böyük bir qismi onların işdən azad olunmasının və cəzalandırılmasının tərəfdarıdır.

 

AzEdu.az-a açıqlama verən təhsil ekpserti Nabatəli Qulamoğlu bu işdə cinayət faktının olduğunu, ancaq açıb-ağardılmadığını iddia edir:

 

“Mən bildiyim qədəri ilə sertifikasiyada əsas zəif nəticə göstərənlər orta ixtisas təhsili müəssisəslərini bitirənlərdir. Hər halda universitetlərin də günahı çoxdur. Diplomu verən müəssisə dövlət müəssisəsidir. Dövlət müəssisəsi də qanuna zidd iş görməməlidir. Hesab edirəm ki, bu işdə cinayət faktı var. Ancaq açıb-ağardılmır.

 

 

N.Qulamoğlu bildirib ki, saxta diplomları kimin, kimə verdiyi məlumdur:

 

“Cənab nazirin onların artıq bu dünyada olmadığını deməsinə baxmayaraq, onlar hələ də çalışırlar. Həmin şəxslərin adlarını da bilirəm. Sadəcə 1 nəfər deyil, bir qrup şəxsdir. Təbii ki, saxta diplomu alan şəxsin də günahı var. Hətta saxta diplom alanların arxasında da dururlar. Hansısa qara qüvvələr onları müdafiə edir. Nazir həmin şəxslərdən bir neçəsini işdən azad etmişdi”.