Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 12:20:47
Azərbaycan Universiteti 2 yeni ixtisaslaşma üzrə qəbul aparır

İş dünyasının müasir çağırışlara cavab verən mütəxəssislərə olan tələbatının təmin olunması istiqamətində hər il yeni addımlar atan Azərbaycan Universitetinin 2023/2024-cü tədris ili üçün magistratura səviyyəsi üzrə tələbə qəbulu planına 2 yeni ixtisaslaşma əlavə olunub.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, yeni tədris ilindən başlayaraq 26-cı proqramın “Heyətin idarə edilməsi” və “Menecment (sahələr üzrə)” istiqamətləri üzrə də kadr hazırlığı həyata keçiriləcək. Yeni yaradılan ixtisaslaşmalara qəbul Azərbaycan və ingilis bölmələri üzrə aparılacaq.

 

Yeni təklif olunan ixtisaslaşmalar üzrə magistr hazırlığının həyata keçirilməsi üçün Azərbaycan Universiteti müvafiq maddi-texniki baza, elmi-pedaqoji kadr təminatı və elmi - metodiki potensial ilə geniş imkanlara malikdir. Qəbul planında bu istiqamətlər üzrə ümumilikdə 20 yer ayrılıb. Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət sifarişi və ödənişli əsaslarla aparılır. Ödənişli əsaslarla qəbul olanlar üçün illik təhsil haqqı Azərbaycan bölməsi üçün 2000 manat, ingilis bölməsi üçün isə 2200 manatdır. 

 

Azərbaycan Universitetinin 2023/2024-cü tədris ili üçün magistratura səviyyəsi üzrə tələbə qəbulu planı ilə aşağıdakı keçidə daxil olaraq tanış ola bilərsiniz:

 

https://au.edu.az/az/admission/magistraturaya-qebul