Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-08 09:09:05
Həftəsonuna olan hava PROQNOZU

Həftəsonu Bakıda və Abşeron yarımadasında günəşli və isti hava şəraiti müşahidə olunacaq, mülayim cənub-şərq küləyi əsəcək.

 

 

 

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

 

 

 

Onun sözlərinə görə, havanın temperaturu günorta saatlarında 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

 

 

 

Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarında da isti və günəşli hava şəraiti müşahidə ediləcək. Maksimal temperatur günorta saatlarında 35-38 dərəcə, bəzi yerlərdə 41 dərəcə isti olacaq.

 

 

 

Ən sərin hava şəraiti respublikanın dağlıq ərazilərində - Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında və Lənkəran-Astara bölgəsinin dağlıq ərazilərində müşahidə ediləcək, günorta saatlarına 25-30 dərəcə isti olacaq.