Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-07 11:49:59
Direktorluğa işə qəbul imtahanından FOTOLAR

Dünən - 6 iyul tarixində ölkənin 8 şəhər və rayonu üzrə 9 imtahan mərkəzində şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

AzEdu.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki,  müsabiqənin test imtahanı mərhələsinə 1889 namizəd dəvət edilib.

“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə ilə bağlı qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim edilib.

Elm və Təhsil Nazirliyinin test imtahanlarının nəticələrini tezliklə elan edəcəyi gözlənilir.

No description available.

No description available.


No description available.

No description available.

No description available.