Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 19:00:00
Azərbaycanlı tələbə ABŞ-da 55 min dollar təqaüd alacaq

Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi ABŞ-da doktoranturaya qəbul olunub.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

 

Belə ki, Arzu Alxanova Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsini 99,17 balla (tədris ingilis dili) bitirib. O, ABŞ-nin Şimali Karolina Dövlət Universitetinin birbaşa doktorantura səviyyəsinə, illik 55 min dollar ABŞ dolları məbləğində tam təqaüdlə qəbul olub.

 

Qeyd edək ki, Arzu Alxanova BMU-ya 611 balla daxil olmuşdu.