Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-07 08:40:00
Bu gün 39 dərəcə isti olacaq

Bu gün havanın temperatur göstəriciləri xeyli yüksək olacaq.

 

AzEdu.az xəbər verir ki, ETSN Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq.

 

Atmosfer təzyiqi 759 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq.



Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.



Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.