Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 12:16:00
Sertifikasiyada ən az bal toplayan müəllimlər bu kolleclərin məzunlarıdır - SİYAHI

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, builki sertifikasiya imtahanlarında ən zəif nəticə göstərənlər orta ixtisas təhsilli müəllimlərdir.

Nazir qeyd edib ki, orta ixtisas və ali təhsil almış müəllimlərin nəticələrində ciddi fərqlər var:

 

“Statistikayanın nəticələrinə baxanda görürük ki, ən zəif nəticə göstərənlər texnikum və kollec təhsili almış müəllimlərdir”, - o deyib


AzEdu.az saytı Elm və Təhsil Nazirliyinə istinadən ən zəif nəticə göstərən müəllimlərin hansı orta ixtisas təhsili müəssisələrinin məzunları olduğunu təqdim edir: 

 

0-29 bal toplayanların 56%-i Ağcabədi Pedaqoji Texnikumunun, 52%-i Gəncə Humanitar Kollecinin, 49%-i Astara Pedaqoji Texnikumunun, 47%-i Gəncə Məişət Xidməti Kollecinin, 43%-i Lənkəran Dövlət Humanitar Kollecinin, digər 43%-i Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumunun, 39%-i isə Şamaxı Mədəni-Maarif Texnikumunun məzunları olan müəllimlərdir.


Xatırladaq ki, bu il 20-24 iyun tarixlərində İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikasiya imtahanları keçirilib. 

İmtahanlarda 30 mindən çox ibtidai sinif müəllimi iştirak edib.


Onlardan 0,7 faizi, yəni 223 nəfəri sertifikasiya imtahanlarında 0-9 bal toplayıb. 10 faizi isə 10-19 bal toplayıb.


Yekun nəticəyə əsasən, sertifikasiyaya cəlb olunan 30061 nəfər ibtidai sinif müəllimindən 8881 nəfəri sertifikasiya imtahanından qeyri-məqbul bal toplayıb.